Gəncədə yol qəzasında “Mercedes” iki hissəyə bölünüb FOTO


Digərləri 22 Noy 2019 08:02:00 323 0

Gəncədə yol qəzasında “Mercedes” iki hissəyə bölünüb  FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan "Hundai" markalı minik maşını "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Qəza zamanı "Mercedes" iki hissəyə bölünüb.

Hadisə zamanı "Mercedes"in sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, qəzaya səbəb avtomobillərdən biri ötmə əməliyyatını düzgün yerinə yetirməyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.