Bitcoin Halving nədir?


Digərləri 22 Noy 2019 08:05:00 286 0

Bitcoin Halving nədir?

Halving (yarıya bölünmə) - Bitcoin şəbəkəsində maynerlәrә yeni blok əlavə etdiyi üçün verilən mükafatın həcminin iki dəfə azaldılmasıdır. Satoshi Nakamoto 31 okytabr 2008-ci ildə "Bitcoin: A Peer-to-Peer Electronic Cash System"adlı (Bitcoin White Paper) sənəddə halvinq-i hər 210 mininci blokda və ya hər 4 ildə bir dəfə olmasını proqramlaşdırmışdır. Yəni, bitcoin şəbəkəsində hər 10 dəqiqədə yaradılan bloklarda bitkoinlərin sayı dörd ildən bir yarıya endirilir. Bu proses 21 milyonuncu bitcoin əldə edilənə qədər (təqribən 2140-cı il) davam edəcək. Halving-in əsas vəzifəsi kriptovalyutanın emissiyasına nəzarət etmək və inflyasiyanın qarşısını almaqdır.

Son.az kriptoinvest.az-a istinadən bildirir ki, 3 yanvar 2009-cu ildə ilk bitcoin blok - Genezis blok yaradıldı və bununla da şəbəkədə yaradılan hər bloka görə maynerlər 50 bitcoin mükafat almağa başladı.  Bundan sonra bitcoin şəbəkəsində halving 2 dəfə - 28.11.2012 və 09.07.2016 tarixlərində baş verdi. 1-ci dəfə hər şəbəkədə yaradılan hər bir blok üzrə mükafat 25 bitcoin, 2-cidə isə 12.5 bitcoin oldu. Növbəti halving isə 2020-ci ilin 14 may tarixində olacağı ehtimal edilir və bu zaman hər blok üzrə mükafat 6.25 bitkoinə enəcək.

Bitcoin Halving, kriptovalyutanın qiymətinin qalxmasına birbaşa təsiri olan faktordur. Bitcoin şəbəkəsindəki ilk iki halving növbəti 1-1.5 il ərzində kriptovalyutanın volatilliyinin artması ilə müşayiət olundu. Bitkoinin qiyməti 1-ci halving-də 11 dollardan 1.100 dollara, 2-ci halving-də isə 230 dollardan 20.000-a qədər artmışdı. Ekspertlər hesab edir ki, növbəti halving zamanı bitcoin qiyməti artacaq.