Çin ABŞla ticari razılığa gəlməyə çalışır


Dünya 21 Noy 2019 21:38:00 273 0

Çin ABŞla ticari razılığa gəlməyə çalışır

Prezident Donald Trampın Çin mallarına daha çox tarif tətbiq edəcəyi ilə bağlı açıqlamasına baxmayaraq, Çin ABŞ ilə ticarət məsələsini həll etmək üçün işlər gördüyünü bildirib.

Ticarət Nazirliyinin katibi Gao Feng cümə axşamı Pekinin Vaşinqtonla "bərabərlik və qarşılıqlı hörmət əsasında" ikitərəfli ticarət sazişinin birinci mərhələsinə çatmaq ümidi ilə işləməyə hazır olduğunu söyləyib.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, dünyanın ən böyük iki iqtisadiyyatı bir ildən çoxdur ki, tariflərlə bağlı razılığa gəlməyə çalışır. Ölkələr arasında fikir ayrılığı Trampın qiymətləri artırma tələbindən sonra başlayıb. ABŞ eyni zamanda, Pekinin dövlət müəssisələrinə verdiyi subsidiyaların məhdudlaşdırılmasını və Amerika şirkətlərinə Çin bazarına daha çox çıxış imkanı verməsini istəyir.

Çin ABŞ-ın ticarət siyasətinin rəqabət qabiliyyətini boğmağa çalışdığını söyləyir.