Bakıda "Porche" sürücüsündən QƏRİBƏ ADDIM


Digərləri 21 Noy 2019 18:00:00 333 0

Bakıda "Porche" sürücüsündən QƏRİBƏ ADDIM

Bakının Səbail rayonu ərazisində qəribə olay baş verib.

Son.az xəbər verir ki, "Porsche Cayen" markalı avtomobilin sahibi Qoşa Qala Qapısının yaxınlığında idarə etdiyi maşını yolun ortasında park edərək yoxa çıxıb. Nəticədə sözügedən istiqamətdə avtomobil sıxlığı müşahidə edilib.

Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlama verib:

"Demək, bir az əvvəl təxminən saat 17:00 radələrində Əziz Əliyev küçəsində "Porsche Cayen" markalı avtomobilinin sürücüsü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində park edərək bu və digər küçədə hərəkəti tam iflic edib. Nəticədə İstiqlaliyyət küçəsindən Neftçilər prospekti istiqamətində hərəkət tamami ilə dayanıb. Bununlada sürücü yüzlərlə insanın tıxacda qalmasına səbəb olub. Bakı Nəqliyyat Agentliyi əməkdaşlarının müdaxiləsi ilə yolda hərkət bərpa edilib. Nəqliyyat vasitəsi qanunvericilikdə nəzərdə tutulan qaydada mühafizə olunan duracağa aparılıb".

Təhməz Təkin Son.az