Lənkəran eyni gündə iki piyada qəzada öldü - Biri azyaşlıdır


Digərləri 21 Noy 2019 15:49:00 329 0

Lənkəran eyni gündə iki piyada qəzada öldü - Biri azyaşlıdır

Lənkəran rayonunun Liman şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Samir Əli - Lənkəran rayonunun Liman şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 20-də saat 18 radələrində Lənkəran rayonunun Liman şəhəri ərazisində Cəlilabad rayon sakini A.Camalov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən şəhər sakini Balqız Quliyevanı vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. Noyabrın 20-də saat 19 radələrində isə Lənkəran şəhərinin ərazisində Nərimanabad qəsəbə sakini Əziz Abıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini, 12 yaşlı Nihad Kazımlını vurub. Nəticədə azyaşlı xəstəxanaya aparılarkən yolda ölüb. (adsgarden = window.adsgarden || []).push({}); Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin