Gürcüstandan qanunsuz yolla keçirilən pirotexniki vasitələr aşkarlandı FOTO


Digərləri 21 Noy 2019 15:18:00 293 0

Gürcüstandan qanunsuz yolla keçirilən pirotexniki vasitələr aşkarlandı  FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 54 000 ədəd pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən, ümumilikdə 54 000 ədəd pirotexniki vasitələr aşkarlanıb.