Yataqxanada zəhərlənən tələbələrin kimliyi məlum oldu - ADLAR


Digərləri 21 Noy 2019 15:03:00 315 0

Yataqxanada zəhərlənən tələbələrin kimliyi məlum oldu - ADLAR

Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənən tələbələrin kimliyi məlum olub.

Bakı. Samir Əli - Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənən tələbələrin kimliyi məlum olub. Trend-in məlumatına görə, hadisə nəticəsində ölən tələbə, BDU-nun fizika fakultəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır. Hadisə nəticəsində zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən daha iki tələbə - 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə İsmət qızı və 1998-ci il təvəllüdlü İbadova Həmidədir. Toksikologiya şöbəsindən Trend-ə bildiriblər ki, hər iki tələbənin vəziyyəti kritikdir. (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, BDU rektoru Elçin Babayev zəhərlənən tələbələrə baş çəkmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzə gəlib. Xatırladaq ki, bu gün günorta saatlarında Bakı Dövlət Universitetinin Yasamal rayonu, Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında 3 tələbə qız huşsuz vəziyyətdə aşkarlanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin