Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənmə - 1 ölü, 2 tələbə kritik vəziyyətdə


Digərləri 21 Noy 2019 14:06:00 284 0

Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənmə - 1 ölü, 2 tələbə kritik vəziyyətdə

Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənmə baş verib.

Bakı. Samir Əli - Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənmə baş verib. Səhiyyə Nazirliyindən faktla bağlı Trend-ə bildirilib ki, hadisə barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35-də daxil olub: "Həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölmüş, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar". Hazırda 20-22 yaş arası olan qızların vəziyyətinin kritik olduğu qeyd edilir. Müalicələri davam edir. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin