Prezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edib


Digərləri 21 Noy 2019 14:17:00 214 0

Prezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt şəhərində səfərdə olub.

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıt şəhərində səfərdə olub. Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib. Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtda görülən işlər haqqında məlumat verdi. Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi. xəbər yenilənəcək Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin