NANOCELL – LG təkmilləşdirilmiş LCD televizorunu təqdim edir


Digərləri 21 Noy 2019 12:25:00 220 0

NANOCELL – LG təkmilləşdirilmiş LCD televizorunu təqdim edir

İstehlakçı elektronika bazarının lideri olaraq, LG televizor xətti üçün innovasiyalar təmin etməkdə qərarlıdır

Bakı. İstehlakçı elektronika bazarının lideri olaraq, LG televizor xətti üçün innovasiyalar təmin etməkdə qərarlıdır. İllər ərzində LG Electronics (LG) özünün premium LCD televizor təkliflərini durmadan təkmilləşdirir. Diqqəti NanoCell Display texnologiyasına çəkmək üçün LG-nin televizorları NanoCell adı ilə yenidən təqdim edildi. NanoCell texnologiyası ilə təchiz olunmuş televizorlar daha canlı rəng palitrası və möhtəşəm görüntü keyfiyyəti ilə təmin etmək bacarığını özündə təcəssüm etdirir. Son dövrlərə qədər izləyicilər televizora baxmaq üçün onunla üzbəüz əyləşməyə məcbur idilər. IPS ekranlarının tətbiqi ilə istehlakçılar indi geniş baxış bucaqlarından faydalana və məzmunu rahatlıqla izləyə bilərlər. Bunu inkişaf etdirərək, izləyicilərin imkanlarını daha da artırmaq üçün LG NanoCell texnologiyasını yaratdı. NanoCell televizorları təmizləyici qismində çalışan nanohissəcikləri tətbiq edərək saf rəng yaradır. Daha zəngin rəng palitrasına malik NanoCell televizorları bir milyarddan çox rəngi dəstəkləyir. LG-nin NanoCell televizorlarında qara rəngi daha incə görüntüləmək üçün arxa işıq cihazlarına individual nəzarət edən Nano Black sistemi də mövcuddur. NanoCell televizorları kontrastı qoruyur və işıq yayılmasını minimuma endirir. LG-nin 2019 NanoCell seriyası, ölçüsü 49 ilə 75 düym arasında dəyişən, süni intellektlə təchiz edilmiş 14 modeldən, o cümlədən flaqman hesab edilən 75 düymlük 8K LCD televizorundan (model SM99) ibarətdir. Şirkətin 86 düymlük 4K NanoCell televizor modeli ilin əvvəlində CES 2019 İnnovasiya Mükafatına layiq görülüb. Ağıllı prosessorlara malik NanoCell televizorları məzmunu təhlil edir, şəkil və səs keyfiyyətini artırmaq üçün isə alqoritm tətbiq edir.