Azər üçüncü dəfə evlənir FOTO


Şou-biznes 21 Noy 2019 12:03:00 540 0

Azər üçüncü dəfə evlənir  FOTO

Tanınmış aparıcı Azər İsmayılov (Zahid) üçüncü dəfə ailə həyatı qurur.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, bu dəfə İlahə adlı xanımla nikah bağlayır.

Bir müddətdir sevgili olan cütlük münasibətini rəsmiləşdirmək qərarına gəlib. Toy noyabrın 21-də Bakıda restoranların birində baş tutacaq. 

Maraqlısı odur ki, Azər ikinci evliliyinin bitməsi xəbərini mətbuatdan gizlətsə də, bu barədə məlumat ötən ilin mayında axşam.az saytında yer almışdı. O, 2016-ci ildə ailə qurduğu Nəcibə adlı xanımla yollarını ayırmışdı. İddia olunur ki, 2-ci boşanmaya səbəb cütlüyün övladının olmamasıdır.