Xərçəng xəstəsi olan aktrisanın ölüm xəbəri yayıldı


Digərləri 21 Noy 2019 10:09:00 334 0

Xərçəng xəstəsi olan aktrisanın ölüm xəbəri yayıldı

Rusiyalı aktrisa "Mənim sevimli dayəm" serialının ulduzu Anastasiya Zavorotnyukun ölüm xəbəri yayılıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, onun vəfat etdiyini internet istifadəçilərindən biri söyləyib. Daha sonra o, klinikada olan bir dostunun bu xəbəri təsdiq etdiyini bildirib.

"Dəqiq vəfat edib. Həyat yoldaşım bu gün aktrisanın yatdığı xəstəxanada idi ... Dostumuz indi orada yatır. Həkim bu barədə 1,5 saat əvvəl şəxsən deyib",- qadın qeyd edib.

Xəbəri aktrisaya dəstək verən saytlardan biri təkzib edib.

"Bu həqiqət deyil. Aktrisa sağdır. İnsanların hissləri ilə belə oynamaq iyrənclikdir", - onlar vurğulayıblar.