Müəllim keçmiş sevgilisinin çılpaq şəkillərini onun qardaşına göndərdi


Dünya 21 Noy 2019 09:24:00 509 0

Müəllim keçmiş sevgilisinin çılpaq şəkillərini onun qardaşına göndərdi

ABŞ-da orta məktəb müəllimi intim fotoşəkillərin yayılmasında günahlandırılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla 42 yaşlı kişi keçmiş sevgilisindən qisas almaq istəyib.

İndiana ştatında məktəblərin birində dərs deyən Ceyson Holt noyabrın 18-də həbs edilib. Zərər çəkən qadın bildirib ki, Holt onu uzun müddət təqib edib. Belə ki, müəllim keçmiş sevgilisinə kənar nömrələrdən zəng vurub, onun qohumlarına sosial şəbəkələrdə yazıb.

İyulun 29-da Holt qızın qardaşına "Facebook Messenger" vasitəsi ilə onun lüt şəkillərini göndərib. Təqibə dözməyən qadın polisə müraciət edib.