“Google” şirkətinin sualtı internet kabeli ABŞ və Çilini birləşdirib


Digərləri 21 Noy 2019 08:59:00 397 0

“Google” şirkətinin sualtı internet kabeli ABŞ və Çilini birləşdirib

"Google" şirkəti Sakit okeanın dibi ilə "Curie" adlı yüksəksürətli optik lif kabelinin çəkilişini başa çatdırıb. Kabel şirkətin ABŞ-ın Los-Anceles və Çilinin Valparaiso şəhərlərində yerləşən məlumat emalı mərkəzlərini birləşdirib. Beynəlxalq layihə fizik alim, 1903-cü ildə Nobel mükafatına layiq görülən ilk qadın Mariya Sklodovskaya-Kyurinin şərəfinə adlandırılıb.

Son.az ictnews.az-a istinadən bildirir ki, uzunluğu 10 500 kilometr (siqnal hər 100 kilometrdə güclənir) təşkil edən internet kabelinin ümumi buraxılış qabiliyyəti 72 terabit/saniyəyə çatır. "Curie" kabel xəttinin 2020-ci ilin ikinci yarısında istifadəyə veriləcəyi gözlənilir.

Məlumata görə, "Curie" hər biri 18 Tbit/saniyəlik və şlanq qalınlığında olan dörd optik lif cütündən ibarətdir. Lakin daha böyük etibarlılıq üçün kabelin ətrafı qalın polad, mis naqillər və qoruyucu təbəqə ilə sarılıb. "Google" nümayəndələrinin sözlərinə görə, xətt ətraf mühit üçün tam təhlükəsizdir.