Tramp, "Apple"ın Çindən aldığı malların rüsumlardan azad olma ehtimalını açıqlayıb


Digərləri 21 Noy 2019 05:38:53 266 0

Tramp, "Apple"ın Çindən aldığı malların rüsumlardan azad olma ehtimalını açıqlayıb

ABŞ prezidenti Donald Tramp "Apple"ın Çindən ona gələn malların gömrük rüsumlarından azad edilməsinin mümkünlüyünü nəzərdən keçirib

Bakı. ABŞ prezidenti Donald Tramp "Apple"ın Çindən ona gələn malların gömrük rüsumlarından azad edilməsinin mümkünlüyünü nəzərdən keçirib. Trend-in məlumatına görə, bunu ölkə başçısı "Apple" şirkətinin baş direktoru Tim Kuk ilə birgə Texas ştatının paytaxtı Ostində şirkətə məxsus kompüter yığma müəssisəsini ziyarət etdikdən sonra jurnalistlərə deyib. D.Tramp əlavə edib: "Biz "Apple" şirkətinə "Samsung"la eyni münasibət bəsləməliyik". (adsgarden = window.adsgarden || []).push({}); Avqustun 20-də Donald Tramp "Apple" öz istehsalını Çindən köçürülməli olduğunu bildirib. ABŞ prezidentinin sözlərinə görə, iyulun ortalarından avqustun sonunadək ÇXR-sı xarici şirkətlərin zavodlarını Birləşmiş Ştatların gömrük rüsumları tətbiq etmədiyi ölkələrə köçürdüyü üçün 2 milyard dollar itirib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin