İtaliyada pirotexniki vasitələr anbarında partlayış olub, ölənlər və yaralananlar var


Dünya 21 Noy 2019 00:20:18 311 0

İtaliyada pirotexniki vasitələr anbarında partlayış olub, ölənlər və yaralananlar var

​İtaliyada pirotexniki vasitələr anbarında partlayış olub, ölənlər və yaralananlar var

İtaliyada pirotexniki vasitələr anbarında partlayış olub.

"Report" xəbər verir ki, bu barədə"La Repubblica" qəzeti öz saytında bildirib.

Məlumata görə, hadisə Siciliya adasında, Messina əyalətində qeydə alınıb.

Barçellona-Posso-di-Qotto yaşayış məntəqəsində baş verən partlayış zamanı azı 4 nəfər həlak olub. Qeyd edilir ki, ölənlər arasında firma sahibinin arvadı da var.

Qəzetin məlumatına görə, hadisə zamanı daha 2 nəfər xəsarət alıb, bir nəfər itkin düşüb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır.

Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək