Azərbaycan nefti ucuzlaşır


Digərləri 20 Noy 2019 23:45:00 287 0

Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 19-da 66,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,59 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,74 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,75 dollar/barel azdır.