Günün qoroskopu: çox enerjilisiniz, bir yerdə dayanmaq bilmirsiniz


Digərləri 21 Noy 2019 00:01:00 342 0

Günün qoroskopu: çox enerjilisiniz, bir yerdə dayanmaq bilmirsiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - gün sizə yorucu görünür, ancaq səyləriniz hədər getməyəcək, əldə etdiyiniz nəticələr sevindirəcək. Ətrafınızdakılarla asan dil tapır, onların hərəkətlərinin əsl məramını və gizli fikirlərini vaxtında anlayırsınız. Düşmənlərinizi ifşa edə bilərsiniz. Ailə üzvlərinə aid xəbərlər sevindirəcək. Bir çox Qoçların bayram etmək üçün səbəbləri var. Bir az özünüzü nazlandırmaq, həmçinin yaxınlarınızı sürprizlərlə sevindirmək imkanlarını qaçırmayacaqsınız. Xərcləriniz çox olacaq, amma pulsuz qalmaqdan qorxmayın.

Buğa - işgüzar əməkdaşlığa başlamaq üçün yaxşı gündür. İnsanları sizin üçün faydalı olan əməllərə asanlıqla yönəldirsiniz. Uzunmüddətli əməkdaşlıq barədə müqavilələr imzalaya bilərsiniz. Vacib işgüzar və şəxsi məsələlərin müzakirəsi məhsuldar keçəcək. İri məbləğdə pul xərcləyə bilərsiniz. İncəsənət və şou-biznes sahəsinə aid insanlarla ünsiyyət xoş keçəcək. Enerjiniz çoxdur, idmanla məşğul olmaq faydalıdır. Sağlamlaşdırıcı prosedurlar səmərəli olacaq.

Əkizlər - ehtiyatlı olmasanız da, uğurlarınız çoxdur. Ciddi problemlərdən yan keçəcəksiniz. Ancaq bir qədər diqqətli olmağınız məsləhətlidir. Yerinə yetirə bilməyəcəyiniz vədlər verə, yaxud əl-ayağınızı bağlayacaq müqavilə bağlaya bilərsiniz. Bir çox Əkizlər bu gün gələcək üçün işləyirlər. Özü də bu, həyatın bütün sahələrinə aiddir. Odur ki, zəhmətinizin bəhrəsini tezliklə dadacağınıza həvəslənməyin. Köhnə tanışlarla görüşlər, qırılmış əlaqələrin bərpası üçün münasib gündür.

Xərçəng - bu günün hadisələri çoxdan qarşınıza qoyduğunuz məqsədlərə doğru bir pilləkən olacaq. Ancaq ona bu qədər yaxın olmağınız sizi o qədər də sevindirmir: son dövr ərzində prioritetləriniz dəyişib və indi sizə tamamilə başqa şeylər lazımdır. Dayanmayın: doğrudan da, ehtiyacınız olan bir şeyi əldə etmək üçün gözəl şansınız var.   Tikintiyə başlamaq, yaxud daşınmaz əmlak almaq, kirayə etmək olar. Yaxınlarınız ev işlərində sizə kömək edir, hətta bəzən şəxsi həyatınıza da müdaxilə edirlər. Münaqişə yaranmasını istəmirsinizsə, bunlara yumorla yanaşın.

Şir - inad, məqsədyönlülük və güclü iradə sayəsində ən mürəkkəb məsələlərin öhdəsindən gələ biləcəksiniz. İşgüzar danışıqlar, maliyyə məsələlərinin müzakirəsi və həlli üçün münasib gündür. Axşam vacib bir məlumat alacaqsınız. Yaxınlarınızla aranızda fikir ayrılığı yarana bilər. Ailədə liderlik üstündə mübahisə istisna deyil. Xoşbəxtlikdən, münaqişənin yaranmasına imkan vermir, nəzakətli olmağa çalışırsınız. Günün ikinci yarısı ziyafyətə qatılmaq olar.

Qız - Vergi, sığorta, kreditlə məşğul olan idarələrin işçilərinin bəxti bu gün yaman gətirəcək. Mürəkkəb hesablamalar aparmaq, biznes-plan hazırlamaq olar. Yaranan imkandan istifadə edərək sizin üçün dəyərli olan adamlarla münasibətlərinizi düzəldin. İndi həm çoxdankı fikir ayrılıqlarını bitirə, həm də gələcək üçün ortaq planları müzakirə edə bilərsiniz. İri alış-veriş etmək məsləhət deyil.