Bu antibiotiklər bağırsaq xərçənginə səbəb ola bilər ALİMLƏRDƏN XƏBƏRDARLIQ


Digərləri 20 Noy 2019 23:21:00 306 0

Bu antibiotiklər bağırsaq xərçənginə səbəb ola bilər  ALİMLƏRDƏN XƏBƏRDARLIQ

Britaniyanın Con Hopkins Univeritstinin alimləri müntəzəm olaraq oral antibiotik həblərinin qəbulu ilə həzm orqanları, xüsusən yoğun bağırsaq xərçəngi riskini yaratdığını bildirib.

Son.az medicina.az-a istinadən bildirir ki, 2010-cu ildən bu ilə kimi dünyada 70 milyard insan 10 dozada antibiotik qəbul edib.

Məlumdur ki, bu dərmanlar mədə-bağırsaq mikroflorasının balansını pozur.

Tədqiqatçılar Datalinkin 1989-2012-ci illəri əhatə edən, 11,3 milyon pasiyenti əhatə edən tibbi məlumat bazasını incələyib.

Onların arasından 28 min xərçəng xəstəsi barədə informasiya yığılıb. Bunlardan 19,7 min nəfəri kolorektal xərçəngdən, 9,2 min nəfəri düz bağırsaq xərçənginə tutulub. 

Yoğun bağırsaq xərçəngi xəstələrinin 70%, düz bağırsaq xərçəngi xəstələrinin 69%-i bir neçə müxtəlif sinifə aid antibiotiklər qəbul ediblər.