Almanlar etiraz edirlər


Dünya 20 Noy 2019 23:03:00 387 0

Almanlar etiraz edirlər

Son zamanlar Almaniya vətəndaşları bu ölkədə heyvanların üzərində aparılan təcrübələrə qarşı tez-tez etiraz aksiyaları keçirirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu günlərdə Hamburq liman şəhərinin təxminən 15 min sakini heyvanların üzərində aparılan eksperimentlərə görə hiddətləndiklərini bildirmək və hakimiyyət orqanlarından müvafiq laboratoriyaların bağlanmasını tələb etmək üçün küçələrə çıxıb. Aksiyanın iştirakçıları "insanın dördayaqlı dostları"na qarşı qeyri-humanist münasibətdən narazı olduqlarını bildiriblər.

Hamburq sakinlərinin etirazı təsadüfi deyil: itlərin və primatların üzərində amansız eksperimentlər aparılan farmakologiya və toksikologiya laboratoriyası (FTL) məhz bu şəhərdə yerləşir.

Etiraz aksiyasının təşəbbüskarı bu laboratoriyanın keçmiş əməkdaşlarından biri olub. Həmin şəxs vaxtilə bu laboratoriyada işə düzəlib, lakin orada eksperimentlər aparıldığını biləndə şoka düşüb. O, müvafiq videokadrları sosial şəbəkələrdə yerləşdirib. Bundan sonra ictimaiyyət o qədər şoka düşüb ki, prokurorluq xüsusi araşdırma aparmağa başlayıb.