640 dəfə qan verib, 1920 insanı xilas edən donor Hər 2 həftədən bir qan verir


Digərləri 20 Noy 2019 22:20:00 366 0

640 dəfə qan verib, 1920 insanı xilas edən donor  Hər 2 həftədən bir qan verir

Amerikanın Kolorado ştatının 76 yaşlı sakini Deyv Maxalik donorluq üzrə rekorda imza atıb. O, 34 ildir ki, 2 həftədən bir yaxınlıqdakı xəstəxanaya gedib qan verir. 

Son.az medicina.az-a istinadən bildirir ki, bu vaxta kimi 303 litr qan verərək, 1920 insanın həyatını xilas edib.

640-cı dəfə qan verilməsi zamanı ona Fəxri donor nişanı verilib.