Azərbaycanda mobil operatorlar 776 milyon manatdan çox gəlir əldə edib


Digərləri 20 Noy 2019 21:10:00 234 0

Azərbaycanda mobil operatorlar 776 milyon manatdan çox gəlir əldə edib

2019-cu ilin yanvar-oktyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 776,4 milyon manatlıq xidmət göstərib.

Bakı. Elçin Mehdiyev – 2019-cu ilin yanvar-oktyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 776,4 milyon manatlıq xidmət göstərib. Trend-in məlumatına görə, göstərilən xidmətin 72,7 faizi əhali tərəfindən istehlak olunub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 16,1 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,7 faizi qeyri-dövlət sektorunun payına düşüb.