Bakıda döyülən 15 yaşlı qızın anası danışdı: “Onu aptekə göndərdim, bir də baxdım ki,...”


Digərləri 20 Noy 2019 19:14:00 428 0

Bakıda döyülən 15 yaşlı qızın anası danışdı: “Onu aptekə göndərdim, bir də baxdım ki,...”

Bakıda 15 yaşlı qızın döyülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, noyabrın 18-i gecə saatlarında Binəqədi rayonu, 1-ci mədəndə 2004-cü il təvəllüdlü Ə.Z döyülüb.

Qızın anası Samirə Əliyeva Oxu.Az-a bildirib ki, Z.Ə-nı "Lələ" ləqəbli 28-30 yaşlı kişi döyüb:

"Qızım dəfələrlə deyirdi ki, "Lələ" mənə küçədə pis sözlər deyir. Uşaq bilib keçirdim. Bacısı xəstə olduğu üçün qızımı aptekə göndərdim. Bir də baxdım ki, küçədə səs-küy düşüb. Uşaq ağlaya-ağlaya evə qaçıb". 

S.Əliyeva iddia edir ki, onun qızını zorlamaq istəyiblər:

"Qızımın başını divara vurub. Onu aparıb zorlamaq istəyib. Qız ona müqavimət göstərəndə elə onun öz belindəki bıçağı götürərək qarnına soxub. Bundan sonra qızımdan əl çəkib".