Yerevanda etiraz aksiyası keçirilir


Dünya 20 Noy 2019 19:42:41 351 0

Yerevanda etiraz aksiyası keçirilir

Yerevanda Corc Sorosun maliyyələşdirdiyi Açıq Cəmiyyət Fondunun binası qarşısında “VETO” erməni ictimai-siyasi hərəkatının 50-dək üzvü toplaşaraq həmin təşkilatın Ermənistanda bağlanmasını tələb edirl

Yerevanda Corc Sorosun maliyyələşdirdiyi Açıq Cəmiyyət Fondunun binası qarşısında“VETO” erməni ictimai-siyasi hərəkatının50-dək üzvü toplaşaraq həmin təşkilatın Ermənistanda bağlanmasını tələb edirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, etiraz aksiyası yerli portallar tərəfindən canlı yayımlanıb.

“Bu təşkilatın fəaliyyəti nəticəsində ölkəmizin milli təhlükəsizliyinə ziyan vurulduğunu dəfələrlə bildirmişik. Bu ofisdən ölkəmizə qarşı işləyənlərə maliyyə ayrılır, pozğunluğa rəvac verilir. Bizim qanunlar ölkəmizin təhlükəsizliyinə xələl gətirən hər hansı təşkilatın fəaliyyətinə yol vermir”, -deyən“VETO” hərəkatınınrəhbəri Narek Malyan bir qrup hüquqşünası cəlb edərək Sorosa bağlı təşkilatın qadağan olunması barədə məhkəmə iddiası qaldıracaqlarını bildirib.