İran Prezidenti bəyan etdi: "Qalib gəlmişik"


Dünya 20 Noy 2019 19:24:00 356 0

İran Prezidenti bəyan etdi: "Qalib gəlmişik"

"İran hökuməti Nazirlər Kabinetinin yanacağın qiymətlərinin qaldırılması barədə qərarından sonra ölkədə baş vermiş iğtişaşlar üzərində qələbə qazanıb".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani bəyan edib.

O, İran hökumətinin əcnəbilərin qızışdırdığı iğtişaşlara qalıb gəldiyini vurğulayıb. Ruhani qeyd edib ki, iranlılar hazırda ölkədə iqtisadi problemlər müşahidə olunmasına baxmayaraq, son günlərin çətinliklərini arxada qoymağı bacarıblar.

İran Prezidenti ölkəsində baş verənlərdə ABŞ-ı və bəzi region ölkələrini ittiham edib.