Anjey Kaspşik və Ermənistanın müdafiə naziri təmas xəttindəki vəziyyəti müzakirə ediblər


Digərləri 20 Noy 2019 17:01:55 325 0

Anjey Kaspşik və Ermənistanın müdafiə naziri təmas xəttindəki vəziyyəti müzakirə ediblər

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə&şəxsi nümayəndəsi Anjey Kaspşik Yerevanda səfərdədir.&

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrəşəxsi nümayəndəsi Anjey Kaspşik Yerevanda səfərdədir.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, o,Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini, qoşunların təmas xəttində vəErmənstan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

D.Tonoyan və A.Kaspşik təmas xəttində və sərhəddə etimad mühitinin yaradılmasının vacibliyini vurğulayıblar.