Dünyanın ən az inkişaf etmiş 47 ölkəsinin SİYAHISI


Digərləri 20 Noy 2019 16:27:00 332 0

Dünyanın ən az inkişaf etmiş 47 ölkəsinin SİYAHISI

BMT dünyanın ən az inkişaf etmiş 47 ölkəsinin siyahısını təqdim edib

Bakı. BMT dünyanın ən az inkişaf etmiş 47 ölkəsinin siyahısını təqdim edib. Trend-in məlumatına görə, siyahı Ticarət və İnkişaf üzrə BMT-nin Konfransının ən az inkişaf etmiş ölkələri üzrə hesabatında yer alıb. Siyahıda, əsasən Afrika ölkələri, o cümlədən Anqola, Benin, Burkina-Faso, Burundi, Mərkəzi Afrika Respublikası, Çad, Konqo Demokratik Respublikası, Cibuti, Eritreya, Efiopiya, Qambiya, Madaqaskar, Mali, Sudan, Cənubi Sudan, Uqanda, Zambiya yer alıblar. Siyahıya, həmçinin Okeaniya dövlətləri - Kiribati, Tuvalu, Vanuatu, Solomon Adaları da daxil ediliblər. (adsgarden = window.adsgarden || []).push({}); Asiya ölkələrindən siyahıda Əfqanıstan, Banqladeş, Kamboca, Laos, Myanma, Nepal, Yəmən və Butan yer alıblar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin