Dəfn zamanı dirilən qadın xəstəxanada öldü


Dünya 20 Noy 2019 13:56:00 422 0

Dəfn zamanı dirilən qadın xəstəxanada öldü

Hindistanın Odişa ştatında ölmüş hesab edilən qadın gözünü cənazə tonqalında açıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bir neçə gün yemək yeməyən qadın huşunu itiribmiş. Qohumları və kəndin digər sakinləri onu ölmüş hesab edərək, kremasiya üçün qəbiristanlığa aparıblar.

Cənazə yandırılmağa hazırlaşarkən qadın özünə gəlməyə başlayıb. Qohumlardan biri bunu görüb və digərlərinə xəbərdarlıq edib.