Gecə Bakıda zəncirvari qəza


Digərləri 20 Noy 2019 11:45:00 285 0

Gecə Bakıda zəncirvari qəza

Ötən gecə Bakıda zəncirvari qəza baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospekti, Bağırov körpüsünün tunelində qeydə alınıb. Bir neçə avtomobilin toqquşmasına səbəb isə yola dağılan maye olub.

Qəzada zərərçəkmiş şəxslər bildiriblər ki, adıçəkilən ərazidən keçən avtomobillər tunelə düşərkən yola dağılan mayeyə görə toqquşublar və bu səbəbdən bir avtomobilə ziyan dəyib. Qəzaya görə, Heydər Əliyev prospektində qısamüddətli tıxac yaranıb.