Gəncədə 37 yaşlı qadın itkin düşdü


Digərləri 20 Noy 2019 11:17:00 307 0

Gəncədə 37 yaşlı qadın itkin düşdü

Gəncə şəhərində qadın itkin düşüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin üçüncü mikrorayonunda qeydə alınıb.

1982-ci il təvəllüdlü İsmayılova Aynur Arzu qızı noyabrın 13-də, səhər saat 09:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bununla bağlı polisə onun qardaşı müraciət edib.

Faktla bağlı araşdırma aparılır.