İcma sədri Ankarada xarici ölkələrin səfirlərinə Ermənistanın təcavüzü haqda danışıb


Digərləri 20 Noy 2019 11:05:00 267 0

İcma sədri Ankarada xarici ölkələrin səfirlərinə Ermənistanın təcavüzü haqda danışıb

Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndə heyəti Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinin xarici ölkələrin səfirləri üçün təşkil etdiyi tədbirdə iştirak edib.

Bakı. Elçin Mehdiyev - Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndə heyəti Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinin xarici ölkələrin səfirləri üçün təşkil etdiyi tədbirdə iştirak edib. Trend-in məlumatına görə, Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Ermənistanın təcavüzü və icma haqqında iştirakçılara ətraflı məlumat verib. Qeyd edək ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndə heyəti Ankara səfərindən öncə ABŞ-da olub. Orada da Dağlıq Qarabağ və erməni cinayətkarlığı barədə fikir mübadilərləri aparılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin