Arif Hacılıdan falçı mövqeyi: Tofiq Yaqublu "Milli Şura"nın sədri olsa...


Digərləri 20 Noy 2019 10:19:00 237 0

Arif Hacılıdan falçı mövqeyi: Tofiq Yaqublu "Milli Şura"nın sədri olsa...

Müsavat Partiyasının sədri Arif Hacılı partiya üzvü Tofiq Yaqublunun "Milli Şura"ya sədri olması təklifinə münasibət bildirib.

Bakı. Müsavat Partiyasının sədri Arif Hacılı partiya üzvü Tofiq Yaqublunun "Milli Şura"ya sədr olması təklifinə münasibət bildirib. Trend-in məlumatına görə, A.Hacılı deyib: "Hər kəsə məlumdur ki, Tofiq Yaqublu Müsavat və Milli Şuranın, AXCP-nin daha sıx əməkdaşlığının, müttəfiqliyinin tərəfdarıdır. Ümid edirəm ki, Tofiq bəy əvvəllər bu məqsədlə Müsavatdan daha çox Milli Şuranı təbliğ edirdisə, "Milli Şura"nın sədri olsa yenə eyni məqsədlə o təşkilatdan daha çox Müsavatı təbliğ edəcək". Qeyd edək ki, "Milli Şura" adlı qurumun sədri Cəmil Həsənli şuraya sədrliyin Tofiq Yaqubluya həvalə edilməsini təklif edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin