Mikroavtobusun vurduğu piyada xəstəxanada öldü


Digərləri 20 Noy 2019 10:14:00 207 0

Mikroavtobusun vurduğu piyada xəstəxanada öldü

Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 19-u axşam saatlarında Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb. 

Yolla hərəkətdə olan mikroavtobus rayonun Makov kənd sakini, 1981-ci il təvəllüdlü Zaur Əziz oğlu Kostiyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Z.Kostiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxananın Reanimasiya şöbəsində müalicə alan Z.Kostiyevə ağır qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Zaur Kostiyev xəstəxanada ölüb.

Mikroavtobusun sürücüsü rayon sakini Qurbanov Tahir Məhəmməd oğludur.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.