Boliviyada toqquşmalar zamanı 3 nəfər ölüb,


Dünya 20 Noy 2019 09:24:00 315 0

Boliviyada toqquşmalar zamanı 3 nəfər ölüb,

Boliviyanın Sensata yaşayış məntəqəsində yerləşən neft emalı zavodu yaxınlığında etirazçılar və polislər arasında toqquşma baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "El Deber" qəzetinə ombudsman ofisinin nümayəndəsi Teresa Subyeta deyib.

T.Subyeta bildirib ki, toqquşma zamanı 3 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb. Onun sözlərinə görə, ölənlərin hamısında odlu silahdan yaralar qeydə alınıb.