Rusiya və Çin Koreya yarımadasında vəziyyətin nizamlanması üzrə planın yeni layihəsini razılaşdırıblar


Dünya 20 Noy 2019 09:15:00 323 0

Rusiya və Çin Koreya yarımadasında vəziyyətin nizamlanması üzrə planın yeni layihəsini razılaşdırıblar

Rusiya və Çin Koreya yarımadasında vəziyyətin nizamlanması üzrə planın yeni layihəsini razılaşdırıblar və regiondakı tərəfdaşlara təqdim etməyə hazırdırlar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya XİN rəhbərinin müavini İqor Morqulov deyib.

İ.Morqulov bildirib: "Biz, demək olar ki, bu günlərdə bizim çinli dostlarımızla yenilənmiş versiyanı razılaşdırdıq. Biz bu yenilənmiş planın versiyasını bütün tərəfdaşlar arasında yaymağı planlaşdırırıq. Söhbət planın layihəsindən gedir".