Kalın: Ərdoğan Britaniya, Almaniya və Fransa liderlərinin iştirakı ilə dördtərəfli görüşdə iştirak edəcək
Dünya 20 Noy 2019 08:40:00 343 0
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniya, Almaniya və Fransa liderlərinin iştirakı ilə keçiriləcək dördtərəfli görüşdə iştirak edəcək.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu T.Ərdoğanın mətbuat katibi İbrahim Qalın deyib.
Onun sözlərinə görə, görüş 3-4 dekabr tarixlərində keçiriləcək NATO sammitindən sonra baş tutacaq.
Mənbə: milli.az