Həbibin atası ikinci dəfə evlənəcək


Digərləri 20 Noy 2019 08:52:00 313 0

Həbibin atası ikinci dəfə evlənəcək

UFC çempionu Həbib Nurməhəmmədovun məşqçi atası Abdulmanap Nurməhəmmədov ikinci dəfə evlənməyə hazırlaşır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, ilk həyat yoldaşı ilə də rəsmi nikahı olan Nurməhəmmədov üçüncü dəfə evlənmək barədə də fikirləşə biləcəyini deyib. O, fikirlərini belə əsaslandırıb:

"Mənim bir arvadım var, ikincini də nəzərimdə tutmuşam. Üçüncünü hələ bilmirəm. Allah kişilərə buyurub ki, 4 arvadlılıq mümkündür. Qadınlara hər zaman hörmətlə yanaşmaq lazımdır".