Azərbaycan nefti ucuzlaşıb


Digərləri 19 Noy 2019 23:30:00 275 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 18-də 66,91 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 18-də 66,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,79 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,73 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,21 dollar/barel azdır.