Tbilisidə etirazçılar parlament binasını yenidən bloklamağı planlaşdırırlar


Dünya 19 Noy 2019 20:06:52 362 0

Tbilisidə etirazçılar parlament binasını yenidən bloklamağı planlaşdırırlar

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası davam etdirilir.

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında etiraz aksiyası davam etdirilir.

"Report"un yerli bürosu xəbər verir ki, aksiyanı "Utanc" hərəkatı təşkil edib.

Müxalifət partiyalarının liderləri və tərəfdarlarının da qatıldığı aksiyada az kütləvilik müşahidə olunur.

Parlamentin binası önündəki Rustaveli prospektində avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq olunmur.

Təşkilatçılar bildiriblər ki, noyabrın 24-də kütləvi mitinq keçiriləcək və parlamentin binası yenidən bloklanacaq.