AQTİ “Könüllü qida nəzarətçisi” proqramı ilə bağlı tələbələrlə ilk görüş keçirib (FOTO)


Digərləri 19 Noy 2019 19:27:00 239 0

AQTİ “Könüllü qida nəzarətçisi” proqramı ilə bağlı tələbələrlə ilk görüş keçirib (FOTO)

Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun (AQTİ) “Könüllü Qida Nəzarətçisi“ proqramı ilə bağlı ilk görüş Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə keçirilib.

Bakı. Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun (AQTİ) “Könüllü Qida Nəzarətçisi“ proqramı ilə bağlı ilk görüş Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə keçirilib. Trend-in məlumatına görə, görüşdə AQTİ-nin İdarə heyətinin sədr müavini Camal Quliyev tələbələrə “Könüllü Qida Nəzarətçisi“ proqramı barədə ətraflı məlumat verib. Bildirilib ki, layihənin məqsədi könüllülərin qida təhlükəsizliyi ilə bağlı biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək, prosesdə ictimai nəzarətçi qismində aktiv iştirakını təmin etməkdir. Proqrama cəlb olunan tələbələr layihədə dərsdənkənar – asudə vaxtlarında iştirak edəcək, gələcək karyeraları üçün bilik və bacarıqlarla yanaşı, təcrübə əldə edəcəklər. Proqramda iştirak onların gələcəkdə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində uğurlu karyera qurmalarında müstəsna rol oynayacaq. Tədbirin sonunda tələbələrin sualları cavablandırlıb və ilkin qeydiyyat prosesi həyata keçirilib. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin