AFFA-nın iki əməkdaşı Avropa Liqasında eyni oyuna təyinat alıb


Digərləri 19 Noy 2019 16:28:00 271 0

AFFA-nın iki əməkdaşı Avropa Liqasında eyni oyuna təyinat alıb

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva və Hakimlər Komitəsinin sədri Frits Ştuxlik eyni oyuna təyinat alıb.

Bakı. AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva və Hakimlər Komitəsinin sədri Frits Ştuxlik eyni oyuna təyinat alıb. Trend-in məlumatına görə, milli assosiasiyanın hər iki əməkdaşı Rusiyada "Krasnodar" və İsveçrə "Bazel"i arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin VI tur matçında iş başında olacaq. Mehtiyeva UEFA nümayəndəsi, Ştuxlik hakim-inspektor funksiyasını yerinə yetirəcək. Qeyd edək ki, görüş noyabrın 28-də keçiriləcək.