Türkiyə səfirliyində Azərbaycan KİV nümayəndələri ilə görüş keçirilib


Digərləri 19 Noy 2019 15:32:00 266 0

Türkiyə səfirliyində Azərbaycan KİV nümayəndələri ilə görüş keçirilib

Türkiyənin Bakıdakı səfirliyində Azərbaycan KİV nümayəndələri ilə səfirliyin mətbuat müşaviri Hüseyn Altınalanın görüşü keçirilib.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin Bakıdakı səfirliyində Azərbaycan KİV nümayəndələri ilə səfirliyin mətbuat müşaviri Hüseyn Altınalanın görüşü keçirilib. Trend-in məlumatına görə, görüşdə Azərbaycan və Türkiyə KİV-ləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. Görüşdə çıxış edən H Altınalan mətbuatın müasir dövrdəki önəmindən danışıb. Müşavir qeyd edib ki, Azərbaycan mediasında Türkiyə haqqında həqiqətləri əks etdirən xeyli sayda xəbərlər yayımlanır ki, bu da yerli mətbuatın Türkiyəyə olan diqqətinin göstəricisidir. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin