Ağsuda müəllimi oğurlayıb zorlayan şəxs və qardaşına ağır cəza


Digərləri 19 Noy 2019 14:47:00 334 0

Ağsuda müəllimi oğurlayıb zorlayan şəxs və qardaşına ağır cəza

Ağsuda müəlliməni oğurlayıb zorlamaqda təqsirləndirilən qardaşlar - Bəhruz İsrəfilov və Müşfiq İsrəfilovlar yenidən məhkəməyə müraciət ediblər. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, həmin şəxslər Ali Məhkəməyə kassasiya şikayəti veriblər. 

Şikayət hakim Əli Seyfəliyevin sədrliyi ilə araşdırılacaq. 

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb. 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəstə üzvləri - 1985-ci il təvəllüdlü İsrəfilov Bəhruz Dursunəli oğlu 13, onun qardaşı 1980-ci il təvəllüdlü İsrəfilov Müşfiq Dursunəli oğlu 12, dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbulfət oğlu və sürücü İsgəndərov Eldəniz Bəbir oğlu isə səkkiz il müddətinə azadlıqdan məhrum edilib. 

Hadisə 2016-cı il aprelin 19-da səhər saatlarında Ağsu rayonunun Nuran kəndində baş verib.

Təhsil Nazirliyinin təyinatla kəndə göndərdiyi 23 yaşlı Sara Vəliyeva (ad şərtidir) dərsə gələrkən kəndin ortasında qəfil maşın dayanıb və onu zorla avtomobilə mindirərək aparıblar. Aprelin 23-də isə oğlanların qohumları qızı gətirərək ailəsinə təhvil veriblər.