"Space TV"dən Elçin Əlibəyli ilə bağlı


Digərləri 19 Noy 2019 13:16:00 268 0

"Space TV"dən Elçin Əlibəyli ilə bağlı

Tanınmış aparıcı Elçin Əlibəylinin sosial şəbəkə hesabında Space TV-nin efirində getdiyini iddia etdiyi video-paylaşıma televiziyadan rəsmi cavab verilib.

Son.az azxeber.com xəbər verir ki, Space TV-nin mətuat xidmətindən verilən məlumata görə, "El bizim, sirr bizim" verilişinin aparıcısı Elçin Əlibəyli sosial şəbəkələrdə normal düşüncəyə və sağlam məntiqə sığmayan video-çağırış yayıb:

"Hesab edirik ki, bu çağırışla Elçin Əlibəyli özü ilə bağlı gülünc fikir yaradıb və belə bir şəxsin Space TV-də işləməsi tamaşaçılara sayğısızlıq ola bilər. Buna görə, onunla bağlanmış müqavilə Space TV tərəfindən ləğv edilir".

Qeyd edək ki, iki gün öncə Elçin Əlibəyli Space TV-nin efirində apardığı "El bizim, sirr bizim" verilişinin çəkilişində vətənimizi və Azərbaycan televiziya məkanını aşağılayan çıxışını paylaşmışdı: