AFB Bank ən çox Biznes Krediti verən banklar siyahısındadır


Digərləri 19 Noy 2019 14:07:00 257 0

AFB Bank ən çox Biznes Krediti verən banklar siyahısındadır

Müştəriləri üçün hər zaman sərfəli kredit şərtləri təqdim edən AFB Bank ən çox biznes krediti verən banklar sırasındadır.

Bakı. Müştəriləri üçün hər zaman sərfəli kredit şərtləri təqdim edən AFB Bank ən çox biznes krediti verən banklar sırasındadır. Azərbaycanda bankların kredit portfelinin təhlili nəticəsində müəyyən olunub ki, AFB Bank ölkədə ən çox biznes kreditləri verən 2-ci pilləyə yüksəldi. Belə ki, Bank ümumi kredit portfelinin 50%-dan çox hissəsi biznes kreditləri olan 17 bankdan biridir. Bankın kredit portfelinin 76,48%-ni biznes kreditləri təşkil edir. Real sektorun maliyyələşdirilməsinə xüsusi önəm verən AFB Bank kiçik və orta sahibkarlığın inkişafı üçün güzəştli kreditlər verir. Bank, biznes krediti növü üzrə illik faiz dərəcəsi 15%-dən başlayaraq 36 ayadək müddətdə fərdi və hüquqi şəxslərə maliyyə dəstəyi göstərir.