İranda iğtişaşlarda təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı öldürülüb


Dünya 19 Noy 2019 11:42:41 288 0

İranda iğtişaşlarda təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı öldürülüb

İranın Tehran əyalətində benzinin bahalaşması ilə bağlı baş verən iğtişaşlarda təhlükəsizlik qüvvələrinin 3 nəfər əməkdaşı öldürülüb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, baş verən iğtişaşlar zamanı etirazçılar təhlükəsizlik qüvvələrinin əməkdaşlarını mühasirəyə alaraq, onları soyuq silahlarla qətlə yetiriblər.

Məlumatda qeyd olunub ki, öldürülənlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir nəfər əməkdaşı və "Bəsic" təşkilatının iki nəfər əməkdaşı var.

Agentlik hadisənin dəqiq nə zaman baş verməsi ilə bağlı məlumat verməyib.