50 yaşlı Rusiya vətəndaşı Tərtərdə hamamda boğulub öldü


Digərləri 19 Noy 2019 12:26:00 274 0

50 yaşlı Rusiya vətəndaşı Tərtərdə hamamda boğulub öldü

Tərtər rayonunda bir nəfər dəm qazından ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Rusiya Federasiyasının vətəndaşı, 1969-cu il təvəllüdlü Nəbiyev Nəbi Səməd oğlu Tərtər rayonunun Qaradağlı kəndində olan evin həyətindəki hamamda çimərkən dəm qazından boğularaq ölüb.

N.Nəbiyevin meyiti hamamda aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.