Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


Digərləri 19 Noy 2019 11:29:00 250 0

Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib

Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.

Bakı. Noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub. Bu barədə Prezidentin Mətbuat xidmətindən Trend-ə məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı stansiyanın rəmzi açılışını bildirən lenti kəsdi. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. xəbər yenilənəcək Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin