İnstitut direktoru: "650 min ağacın əkilməsi təşəbbüsü ölkəmizdə ekologiyanın sağlamlaşdırılması üçün aparılan işlərin davamıdır"


Digərləri 19 Noy 2019 11:36:00 269 0

İnstitut direktoru: "650 min ağacın əkilməsi təşəbbüsü ölkəmizdə ekologiyanın sağlamlaşdırılması üçün aparılan işlərin davamıdır"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ölkəmizdə onun səyi ilə ekologiyanın sağlamlaşdırılması, yeni yaşıllıqların salınması istiqamətində aparılan işlərin məntiqi davamıdır.

Son.az xəbər verir ki, bunu Trend-ə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Əlövsət Quliyev deyib.

Onun sözlərinə görə, Mehriban xanımın bu təşəbbüsü bütün ölkə ictimaiyyəti, xüsusən ziyalılar, elm adamları tərəfindən yüksək qiymətləndirilib.

Ə.Quliyev təşəbbüsün uğurla reallaşdırılması üçün əllərindən gələn dəstəyi verməyə hazır olduqlarını deyib.

İnstitut direktoru qeyd edib ki, Birinci vitse-prezident Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizdə yaşıllıqların artırılmasına, ekologiyanın qorunmasına dəyərli töhfələr verir. Onun təşəbbüsü və qayğısı ilə indiyədək minlərlə hektar sahədə yaşıllıqlar salınıb: