Müxalifətin növbəti uğursuzluğu


Digərləri 19 Noy 2019 10:23:00 280 0

Müxalifətin növbəti uğursuzluğu

Özünü demokratik qüvvələrin "Milli Şura"sı kimi təqdim edən qurumun sədri Cəmil Həsənli siyasi bacarıqsızlığını etiraf edərək sözügedən quruma sədrliyi Tofiq Yaqubluya həvalə etmək istəyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, C.Həsənli bu barədə özünün sosial şəbəkədəki səhifəsində yazıb.

"Tofiq Yaqublu Milli Şuranın sədri vəzifəsinə irəli çəkilməyə layiqdir" - qeydini edən C.Həsənli bununla da müxalifətin yarıtmaz siyasətinə görə daşıdığı məsuliyyətdən qurtulmaq istəyini bəyan etmiş olur.

Qeyd edək ki, oktyabrın 19-da Bakıda "Milli Şura"nın keçirməyə cəhd etdiyi icazəsiz etiraz aksiyasında polisə müqavimətdə təqsirləndirilərək inzibati həbs olunan Tofiq Yaqublu dünən azadlığa buraxılıb.